Dünya

Ukrayna Baş Qərargahı: "Ötən sutkada Rusiyanın 10 hava hədəfi məhv edilib"

30 Aprel 2022 11:42
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən sutkada Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin 10 hava hədəfini məhv ediblər: 1 döyüş təyyarəsi, 9 "Orlan" PUA.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, eyni dövr ərzində işğalçı qüvvələrin 11 tank, 7 artileriya sistemi, 28 zirehli texnikası və 14 avtomobili zərərsizləşdirilib.

Bundan başqa, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiyanın 14 hücumu dəf edilib.

Xatırladaq ki, bu gün Ukrayna-Rusiya müharibəsinin 66-cı günü başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.