Kursk vilayətindəki sərhəd-keçid məntəqəsi minaatanlardan atəşə tutulub.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoit Telegram-da bildirib.
"Rılski sərhəd rayonunda səhər saat 8.00 radələrində Krupets kəndindəki nəzarət-buraxılış məntəqəsi minaatanlardan atəşə tutulub. Sərhədçilərimiz və hərbi atəş nöqtələrimiz cavab atəşi ilə susdurulub. Tələfat və dağıntı yoxdur", - məlumatda deyilir.
Aslan Məmmədov
Milli.Az