Sizi narahat edən düşüncələrdən 15 dəqiqəyə qurtulmağın yolu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Psixoterapevt narahat düşüncələrdən 15 dəqiqəyə qurtulmağın yolunu açıqlayıb.
Milli.Az xəbər verir ki, Britaniyalı psixoterapevt Salli Beyker insanlara cəmi 15 dəqiqəyə narahat düşüncələrdən xilas olmağa imkan verən sadə texnikanı təqdim edib. Bu barədə Daily Mail məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, narahat fikirlər üzərində çox düşünmək onların təsirini daha da gücləndirir. Buna görə də insanın bu düşüncələri idarə etməyi və onlara qarşı düzgün reaksiya göstərməyi öyrənməsi vacibdir.
Beykerin təklif etdiyi metod üç mərhələdən ibarətdir - identifikasiya (müəyyənləşdirmə), sakitlik və dəyişdirmə.
Birinci mərhələdə insan onu narahat edən fikri və bu hissin bədəndə harada hiss olunduğunu müəyyən etməlidir. Psixoterapevtin sözlərinə görə, "özünüzə sual verin: narahatlığı harada hiss edirəm - başımda, boynumda, çiyinlərdə, ürəkdə, döş qəfəsində, qarında, ayaqlarda, yoxsa dərimdə?"
İkinci mərhələdə diqqəti dəyişmək tövsiyə olunur. Bunun üçün göz səviyyəsində iki nöqtə seçilir və əvvəl birinciyə, sonra ikinciyə, ardınca isə bu iki nöqtə arasındakı boşluğa baxılır. Beyker qeyd edib ki, bu, beynin kimyasını dəyişir və orqanizmin stressə reaksiyasını yumşaldır.
Son mərhələdə isə insan yenidən onu narahat edən fikrə qayıtmalıdır. Psixoterapevtin sözlərinə görə, beyin artıq sakitləşdiyi üçün həmin fikrə qarşı reaksiya daha təmkinli və balanslı olur.
Beyker əlavə edib ki, bu texnikanı mütəmadi tətbiq etmək panik atakların qarşısını almağa, stressi azaltmağa və zehni rahatlığı bərpa etməyə kömək edir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)





