Kursk vilayətində sərhəd-keçid məntəqəsi atəşə tutulub

29 Aprel 2022 12:18

Kursk vilayətindəki sərhəd-keçid məntəqəsi minaatanlardan atəşə tutulub.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoit Telegram-da bildirib.

"Rılski sərhəd rayonunda səhər saat 8.00 radələrində Krupets kəndindəki nəzarət-buraxılış məntəqəsi minaatanlardan atəşə tutulub. Sərhədçilərimiz və hərbi atəş nöqtələrimiz cavab atəşi ilə susdurulub. Tələfat və dağıntı yoxdur", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az