Sağlamlıq

Ata olmaq istəyənlərin nəzərinə! - Bu vərdişlərdən uzaq durun...

8 Oktyabr 2025 07:07
Baxış: 486
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Telefonların cibdə, noutbukların isə diz üstündə uzun müddət saxlanması, avtomobillərdə oturacaq isidicilərinin istifadəsi, saunaya tez-tez getmək və daimi stress hormon balansını pozur, sperma istehsalını zəiflədir".

Milli.Az xəbər verir ki, bu barədə androloq, tibb elmləri namizədi Yelena Novikova məlumat verib.

Mütəxəssis azalmaya həm ekoloji amillərin, həm də müasir həyat tərzinin mənfi təsir etdiyini bildirib.

"Artıq çəki də bu prosesə mənfi təsir göstərir. Məsələn, qarın çevrəsinin cəmi 5 santimetr artması spermatozoid sayını 6 faizdən çox azaldır, ata olmaq ehtimalını isə təxminən 9 faiz aşağı salır," - deyə Novikova qeyd edib.

Həmçinin bəzi dərman vasitələri, idman əlavələri və xüsusilə xaricdən qəbul edilən testosteron preparatları sperma istehsalını tamamilə dayandıra bilər.

Qeyd edək ki, Son illərdə kişilərin reproduktiv sağlamlığı ilə bağlı göstəricilərdə nəzərəçarpacaq azalma müşahidə olunur. Əgər ötən əsrin ortalarında 1 millilitr mayedə orta hesabla 40 milyon spermatozoid norma sayılırdısa, indi bu göstərici cəmi 13 milyona enib. Sağlam spermatozoidlərin payı isə 50 faizdən 4 faizə qədər azalıb.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.