Dünya

Savaş Rusiya ərazisinə keçir - Ukrayna hədələdi

28 Aprel 2022 18:12
Baxış: 1 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın həftələrdə Rusiyanın sərhədyanı rayonlarının "demilitarizasiyası"nın intensivliyi əhəmiyyətli dərəcədə artacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Bu işğal artıq iki aydan çoxdur ki, davam edir və biz onun sonunu hələ görmürük: bir az sonra görəcəyik və bu son Ukraynanın maraqlarına uyğun olacaq. Münaqişənin bu intensivliyi, şübhəsiz ki, Rusiya Federasiyasının sərhədyanı ərazilərində də özünü göstərəcək. Orada çaxnaşma sürətlə artacaq. Münaqişələr olacaq. Orada anbarlar partlayacaq. "Demilitarizasiya"nın intensivliyi Rusiya Federasiyası, xüsusən də sərhədyanı ərazilərində, fikrimcə, yaxın həftələrdə yalnız əhəmiyyətli dərəcədə böyüyəcəkdir", - Podolyak bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.