Dünya

Kiyevdə yenidən komendant saatı elan edildi

26 Aprel 2022 11:12
0 Şərh     Baxış: 1 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyevdə yenidən komendant saatı elan edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk "Telegram" kanalında məlumat yayıb.

O, bildirib ki, Rusiyanın təxribatçı fəaliyyəti ilə əlaqədar olaraq bu həftə bazar ertəsindən cümə gününədək yerli vaxtla axşam saat 22:00-dan səhər 05:00-dək komendant saatı tətbiq ediləcək.

"Biz xatırladırıq ki, komendant saatı ərzində küçələrdə və digər ictimai məkanlarda olmaq, nəqliyyat vasitələri və ya piyada hərəkət etmək qadağandır", - deyə o bildirib.

Aleksandr Pavlyuk vurğulayıb ki, komendant saatının tətbiq edilməsində məqsəd əhalini düşmənin təxribatçı addımlarından qorumaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.