Dünya

Putin G20 sammitinə qatılacaqmı?

22 Aprel 2022 15:30
0 Şərh     Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin payızda Bali adasında keçiriləcək iyirmilik qrupunun (G20) sammitinə gedib-getməyəcəyi ilə bağlı qərar hələ verilməyib.

Milli.Az TASS-a istinadən bildirir ki, bu barədə cümə günü jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Müvafiq qərar qəbul ediləndə sizə məlumat verəcəyik. Hələlik heç bir qərar verilməyib", - Kreml sözçüsü bildirib.

Bundan əvvəl G20-yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati demişdi ki, assosiasiyanın sammitinə bütün G20 ölkələrinin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin dəvət olunub.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.