Dünya

"Rusiya Ukraynadakı münaqişənin həllinə ciddi yanaşmır"

22 Aprel 2022 07:00
0 Şərh     Baxış: 786
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rusiya Ukrayna ilə bağlı diplomatik təşəbbüslərə ciddi yanaşmır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Kiyev uzun müddətdir ki, Moskva ilə fikir ayrılıqlarının həllinə ciddi yanaşma nümayiş etdirir.

Prays bildirib ki, bu istiqamətdə irəliləyişin olmaması ilk növbədə Rusiya tərəfinin mövqeyi ilə bağlıdır.

Dövlət Departamentinin sözçüsü həmçinin bildirib ki, Birləşmiş Ştatlar dialoq və diplomatiya yolu ilə zorakılığa və müharibəyə son qoymağı hədəfləyən diplomatik prosesi dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.