Dünya

Mayk Tayson təyyarədə sərnişini döydü - VİDEO

21 Aprel 2022 23:48
0 Şərh     Baxış: 1 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson təyyarədə sərnişinlərdən birini döyüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tayson San-Fransiskodan Floridaya uçarkən onun arxasındakı oturacaqda sərxoş adam olub. Sərxoş şəxs, şahidlərin dediyinə görə, idmançıya qarşı kobud davranıb və bütün yol boyu onun qulağına nəsə pıçıldayıb.

Əvvəlcə o, təyyarədə Mayk Taysonla selfi çəkdirib - idmançı onun xahişini rədd etməyib. Lakin bu, pərəstişkarı üçün kifayət etməyib və o, söhbətlərlə onu incitməyə davam edib.

Tayson bir neçə dəfə sakit qalmağı xahiş etsə də,lakin gənc imkan verməyib. Daha sonra boksçu buna dözməyib və sərnişinin üzünə bir neçə güclü zərbə endirib.

Zərərçəkənə tibbi yardım göstərilib. O artıq polisə şikayət edib.

Taysonun özü və nümayəndələri insidenti şərh etməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.