Dünya

"Ukrayna ilə danışıqlar hər gün video formatda davam edir"

21 Aprel 2022 16:00
0 Şərh     Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Video formatda Rusiya-Ukrayna danışıqları demək olar ki, hər gün aparılır.

Milli.Az bildirir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB-nin ikinci departamentinin direktoru Aleksey Polişuk deyib.

"Hazırda birbaşa Rusiya-Ukrayna danışıqları davam edir, bu danışıqlarda tərəflərin idarələrarası nümayəndə heyətləri Ukraynadakı vəziyyətin həlli, onun gələcək neytral, blokdan kənar statusu və digər məsələlərlə bağlı mümkün razılaşmaları müzakirə edirlər", - o deyib.

Polişukun sözlərinə görə, üç üz-üzə raund əsas məkan olan Belarusda, biri isə Türkiyədə baş tutub. "İndi demək olar ki, hər gün video formatda danışıqlar aparılır", - o qeyd edib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.