Dünya

Lavrov elan etdi: xüsusi əməliyyatın növbəti mərhələsi başladı

19 Aprel 2022 13:54
0 Şərh     Baxış: 1 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada "Donetsk" və "Luqansk Xalq Respublikalarının" tam azad edilməsinə yönəlmiş xüsusi hərbi əməliyyatın növbəti mərhələsi başlayır.

Milli.Az bildirir ki, bunu "India Today" telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Ukraynanın şərqindəki əməliyyat, əvvəldən elan edildiyi kimi, "Donetsk" və "Luqansk respublikalarının" tam azad edilməsinə yönəlib. Bu əməliyyat davam edəcək, bu əməliyyatın növbəti mərhələsi başlayır".

"Moskva" kreyserinin batması ilə bağlı suala isə xarici işlər naziri belə cavab verib: "Bu, Müdafiə Nazirliyinin işidir. Baş verənləri izah etdilər. Mən buna heç nə əlavə edə bilmərəm".

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.