Dünya

"Rusiya və Ukrayna arasında hər hansı razılaşmanın perspektivlərini görmürəm"

19 Aprel 2022 11:56
0 Şərh     Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, hazırda Rusiya və Ukrayna arasında hər hansı razılaşmanın perspektivini görmür.

"BMT belə bir təkliflə (Rusiya Federasiyası və Ukrayna arasında humanitar məsələlərin müzakirəsi üçün görüş) əvvəllər də çıxış edib. Onlar əsasən, nizamlanmada tərəflərin mövqelərinin yaxınlaşdırılmasında müəyyən boşluq tapmaq istəyirlər", - o bildirib.

"Rusiya və Ukrayna arasında hər hansı razılaşmanın perspektivlərini mən şəxsən indi görmürəm, xüsusən də indiki vəziyyətdə".

Polyanski BMT-nin, eləcə də digər maraqlı beynəlxalq strukturların Rusiya Federasiyası Müdafiə Nazirliyində gecə-gündüz fəaliyyət göstərən humanitar məsələlər üzrə koordinasiya mərkəzində təmsil olunduğuna diqqət çəkib. "Onlar humanitar dəhlizlərin açılması ilə bağlı bütün təşəbbüslərdən xəbərdardırlar, Rusiya tərəfinin buna hazır olmasına baxmayaraq, Ukrayna tərəfinin təqsiri üzündən nə vaxt açılmadığını bilirlər. Onlarda bu barədə kifayət qədər məlumat var", - diplomat dedi.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.