Dünya

"Paramount" telekanalları Rusiyada yayımını dayandıracaq

19 Aprel 2022 13:18
0 Şərh     Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Paramount" telekanalları Rusiyada yayımını dayandırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aprelin 20-dən etibarən "Paramount" telekanalları, o cümlədən "Paramount Channel", əyləncə kanalları olan "Paramount Comedy", musiqi kanalları "MTV Russia", "MTV Live HD" və "MTV 00s", uşaq kanalları "Nickelodeon", "Nickelodeon HD", "NickToons" və "Nick Jr" Rusiyada fəaliyyətini dayandıracaq.

Məhz "Paramount" kanallarında "Ulduz yolu: Vunderkindlər", "Süngər Bob: kvadrat şalvar", "Avatar: Korra haqqında əfsanə" kimi məşhur cizgi filmləri yayımlanırdı. Şirkət Rusiya bazarına mümkün qayıtma tarixi barədə isə hər hansı açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.