Dünya

Belarus Qərb ölkələrinə xəbərdarlıq edib

18 Aprel 2022 08:31
0 Şərh     Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarus ordusu qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşır.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

Volfoviç Minskə qarşı təcavüz olacağı təqdirdə dağıntı və partlayışların da həmin ölkələrin ərazisində olacağını vurğulayıb.

Təhlükəsizlik Şurasının dövlət katibi qonşu ölkələrdə hərbi və hərbi texnikanın və silahların sayının artdığını, hərbi infrastrukturun modernləşdirildiyini, Belarus sərhədləri yaxınlığında hərbi aviasiya uçuşlarının tez-tez həyata keçirildiyini, həmçinin böyük vəsaitlərin ayrıldığını qeyd edib.

Volfoviçin sözlərinə görə, Belarus planlı döyüş hazırlığı tədbirləri həyata keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.