Dünya

Makronla Zelenski Rusiya ilə danışıqları müzakirə etdi

15 Aprel 2022 08:21
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna və Fransa Prezidentləri Volodimir Zelenski ilə Emmanuel Makron arasında telefon danışığı olub. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Volodimir Zelenski öz tviter səhifəsində məlumat verib.

Söhbət zamanı dövlət başçıları Ukraynadakı müharibəni, eləcə də Rusiya ilə danışıqları müzakirə ediblər.

"Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardım. Biz Ukrayna xalqının müqavimətini, danışıqlar prosesini də müzakirə etdik. Biz Ukraynada və Avropada sülhə nail olmağa çalışırıq", - Zelenski əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.