Dünya

Rusiya Mariupolda kimyəvi silahdan istifadə etdi - KİV

11 Aprel 2022 22:50
0 Şərh     Baxış: 1 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donetsk vilayətinin Mariupol şəhərində ruslar hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

UNİAN-nın yaydığı məlumata görə, Mariupolda drondan zəhərli maddə atılıb.

Qeyd edilib ki, qurbanlarda tənəffüs çatışmazlığı və vestibulo-ataktik sindrom (damar sistemində nasazlıq yaradır) var.

"Təxminən bir saat əvvəl Rusiya qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmənin PUA-sından atılan mənşəyi naməlum zəhərli maddədən istifadə edib", - məlumatda bildirilib.

"Donetsk Xalq Respublikası"nın nümayəndəsi Eduard Basurin Mariupoldakı "Azovstal" zavoduna basqın zamanı kimyəvi silahdan istifadənin mümkünlüyünü etiraf edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Basurin brifinqdə bildirib.

"Orada ("Azovstal" zavodunda) yeraltı mərtəbələr var, ona görə də bu obyekti çoxsaylı itkilərlə tutmağın mənası yoxdur. Ona görə də hazırda bu zavodun bloklanması ilə məşğul olmaq, bütün çıxış və girişləri tapmaq lazımdır. Bundan sonra kimyəvi silahdan istifadə etmək olar. Prinsipcə, bunu etmək olar", - Basurin deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.