Finlandiya və İsveç bu yay NATO-ya üzv olmaq niyyətindədir.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Times qəzeti Alyansdakı mənbəyə istinadla yayıb.
Mənbənin bildirdiyinə görə, hər 2 ölkənin NATO-ya üzvlüyü məsələsi xarici işlər nazirlərinin görüşlərində dəfələrlə müzakirə olunub.
"Görünür Finlandiya kimi İsveç də yayda üzvlük üçün ərizə verəcək" - deyə mənbə bildirib.
Avropa diplomatları qəzetə bildiriblər ki, sözügedən ölkələrin NATO-ya qəbul edilməsi Alyansı möhkəmləndirə bilər.
Milli.Az