Dünya

Rusiya Ukraynanın itkilərini açıqladı

10 Aprel 2022 12:08
0 Şərh     Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 436 pilotsuz uçuş aparatı (PUA), 232 reaktiv yaylım atəş sistemi və 2052 tank və zirehli texnikanı məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 127 təyyarə, 98 helikopter, 234 S-300, Buk-M1, Osa AKM zenit-raket kompleksləri, 436 pilotsuz uçuş aparatı, 2052 tank və digər zirehli döyüş maşını, 232 reakstiv yaylım atəşi sistemi, 894 səhra artilleriya qurğusu və minaatan məhv edilib", - deyə Rusiya MN sözçüsü qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.