Dünya

Bayden Kramatorsk dəmiryolu vağzalına hücumu pisləyib

8 Aprel 2022 23:59
1 Şərh     Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutulmasına münasibət bildirib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Amerika lideri tvitter-də yazıb.

Bayden Kramatorsk dəmiryolu vağzalına hücumu pisləyib:

"Ukrayna dəmir yolu vağzalına hücum Rusiyanın törətdiyi daha bir dəhşətli vəhşilikdir, təhlükəsiz yerə çatmağa çalışan mülki şəxsləri vurur. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanın hərəkətlərini sənədləşdirmək və onları məsuliyyətə cəlb etməklə bu hücumu araşdırmaq səylərini dəstəkləyəcəyik".

Qeyd edək ki, Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 50 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.