Osimhen dostunu da “Qalatasaray”a gətirir - böyük transfer SÜRPRİZİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin "Qalatasaray" klubu həm Super Liqada, həm də Çempionlar Liqasında uğurla çıxışını davam etdirərkən, qış transfer pəncərəsi üçün hazırlıqlara start verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı-qırmızılılar Nigeriya millisində Viktor Osimhenlə birlikdə oynayan Rafael Onyedikanı transfer etmək istəyir.
Son üç mövsümün çempionu olan "Qalatasaray" topladığı 22 xalla millilər üçün yaranan fasiləyə lider kimi yollanıb. Komanda Çempionlar Liqasında səfərdə "Ayntraxt"a uduzsa da, ev oyununda "Liverpul"u məğlub edib. Baş məşqçi Okan Buruk və klub rəhbərliyi qışa qədər həm liqada, həm də Avropada mövqelərini qorumağı planlaşdırır.
Məlumata görə, komandanın heyətində qapı, müdafiə və hücum xəttində kifayət qədər alternativ olsa da, orta sahədə seçim azdır. Okan Buruk bu səbəbdən yarımmüdafiəyə yeni oyunçu cəlb etməyə qərar verib.

Klubun transfer siyahısında birinci yerdə "Klub Brügge"də çıxış edən Rafael Onyedika yer alır. 6 və 8 nömrəli mövqelərdə oynaya bilən nigeriyalı futbolçu mövsümün sonunda komandadan ayrılması gözlənilən Leminanın əvəzləyicisi kimi nəzərdən keçirilir. Onyedikanın transfer qiyməti 15-20 milyon avro aralığında dəyərləndirilir.
Nigeriyalı yarımmüdafiəçi artıq milli komandadakı dostu Viktor Osimhendən "Qalatasaray" haqqında məlumat almağa başlayıb. Onyedika bu mövsüm "Klub Brügge"in heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 982 dəqiqə meydanda olub, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Tural
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
XƏBƏR LENTİ
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)





