Dünya

Yaponiya ehtiyat neftini satışa çıxarır

7 Aprel 2022 16:54
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya hökuməti Beynəlxalq Enerji Agentliyinin (BEA) dəstəyi ilə dövlət və özəl ehtiyatlarından 15 milyon barelədək neft satmaq niyyətindədir.

Milli.Az report-a istinadən bildirir ki, bundan əvvəl hökumətin baş katibi Hirokazu Matsuno ABŞ və BEA üzv ölkələrin strateji ehtiyatlarından neft satışına dair yeni təşəbbüsü dəstəklədiklərini bildirib.

Belə ki, dünən "Bloomberg" xəbər vermişdi ki, ABŞ və digər BEA ölkələri strateji ehtiyatlarından 240 milyon barel neft satmağı nəzərdə tutur. O cümlədən ABŞ Prezidenti Cozef Baydenin bildirdiyi kimi, onlar may-oktyabr müddəti ərzində hər gün 1 milyon barel, yəni bütövlükdə 180 milyon barel satacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.