Dünya

NATO rəsmisi: "Ukraynada hərbi münaqişə davam edəcək"

3 Aprel 2022 18:52
0 Şərh     Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada hərbi münaqişə hələ bitməyib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu alyansın baş katibinin müavini Mirça Coana Rumıniyanın Milli Müdafiə Nazirliyində ölkənin alyansa daxil olmasının 18-ci ildönümü - NATO Günü münasibətilə keçirilən mərasimdə deyib.

"Biz şərq cinahda və cənubda müharibənin intensivləşməsini gözləyirik ki, bu da bizə sülh yolu ilə nizamlanma üçün şəraiti hələ görməyə imkan vermir. Bizim qiymətləndirməmizə görə, münaqişə hələ də davam edir", - Mirça Coana qeyd edib.

Alyans rəsmisinin sözlərinə görə, Madriddə keçiriləcək sammitdə NATO-nun şərq cinahında daimi, güclü və balanslı mövcudluğu üçün strateji əhəmiyyət kəsb edən qərarlar qəbul edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.