Dünya

Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edildi

4 Aprel 2022 01:24
0 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Belə ki, son sutka ərzində COVID-19-a 13 min yeni yoluxma halı qeydə alınıb ki, onların arasında "omikron" ştamının yeni alt növü də var.

Məlumata görə, 13 min yoluxmadan 12 mini asemptomatik olub.

Yeni alt növ BA.1.1 "omikron" ştamının qoludur, həmçinin, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.

Bundan əvvəl Şanxay, COVID-19 pandemiyasının başlanmasından indiyədək ən sərt məhdudiyyətlər tətbiq edib. Paytaxtın 25 milyon sakininin demək olar ki, hamısı hazırda karantindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.