Dünya

Rusiya Türkiyənin tələbi ilə humanitar dəhliz açdı

3 Aprel 2022 13:22
0 Şərh     Baxış: 1 014
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti əsasında Mariupolda olan əcnəbi vətəndaşların təxliyyəsinə yardım edəcək.

Milli.Az "Qafqazinfo"a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.

General-polkovnik vurğulayıb ki, Rusiya Ukraynanın təhlükəli bölgələrindən mülki əhalinin və əcnəbilərin təxliyəsi üçün məqsədyönlü və əlaqələndirilmiş iş aparır: "Bu məqsədlə biz BMT, ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla daim qarşılıqlı əlaqədəyik".

O, Rusiya silahlı qüvvələrinin Mariupoldan Berdyanska aparan humanitar dəhliz açacağını və əcnəbi vətəndaşların təxliyəsi üçün sükut rejiminə zəmanət verəcəyini vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.