Dünya

Türk dilli xəbər saytının sahibi və qardaşı Niderlandda öldürüldü

31 Mart 2022 08:24
1 Şərh     Baxış: 2 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandın şimalındakı Zvolle şəhərində silahlı hücum zamanı türk bacı-qardaş öldürülüb.

Bu barədə "Haber Global" xəbər verir.

Ailənin yaxınları bildiriblər ki, hadisə zamanı qətlə yetirilənlər türk dilli xəbər saytının sahibi H.T. və qardaşı A.T.-dır.

Niderland polisi açıqlamasında hadisənin "Fast food" restoranına hücum edən şəxsin atəş açması nəticəsində baş verdiyini bildirib.

Yerli mətbuatın xəbərlərinə görə, cinayətkar restorana girən kimi iki nəfərə atəş açıb, içəridəki digər müştərilər təlaş içində çölə qaçıblar.

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və silahlı şəxsin tutulması üçün əməliyyata başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.