Dünya

Britaniya sakini dəniz sahilində xəzinə tapdı - FOTO

30 Mart 2022 16:18
0 Şərh     Baxış: 1 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya sakini işərisində qədim sikkələr və qiymətli daşlar olan sandıq tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 38 yaşlı Cenni Fitcerald ailəsi ilə birlikdə Norfolk qraflığında çimərlikdə təmizlik işləri apararkən qumda basdırılmış sandıqla rastlaşıb.

Qadın uşaqlarıyla birgə diş fırçaları ilə sandığın üzərindəki qumu təmizləyib. Onun içərisindən əsasən Viktorian dövrünə və 18-ci əsrin sonlarında Britaniyanı idarə edən Kral III Corcun zamanına aid yüzə yaxın sikkə çıxıb. Sandığın içərisində qiymətli daşlar, paslı cib saatı, köhnə ətir şüşəsi, möhürlü üzük, üzərində "Ernest" adı həkk olunmuş gümüş kibrit tutacağı da olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.