Dünya

ABŞ Prezidenti: "Rusiya lideri hakimiyyətdə qala bilməyəcək" - Ətraflı VİDEOda

27 Mart 2022 09:24
0 Şərh     Baxış: 1 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibədə Rusiyanın heç vaxt qalib gəlməyəcəyini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə amerikalı lider Varşava səfərininin sonunda açıqlama verib.

Co Bayden bildirib ki, Rusiya lideri hakimiyyətdə qala bilməyəcək.

"Ukraynada heç vaxt Rusiyanın qələbəsi olmayacaq. Çünki azad insanlar zülmət və ümidsizliyin hökm sürdüyü dünyada yaşamaq istəmir. Bizim fərqli gələcəyimiz, demokratiya və prinsiplərimiz, ümidimiz, ləyaqətə, azadlığa əsaslanan parlaq gələcəyimiz olacaq. Bu adam hakimiyyətdə qala bilməz", - deyə Bayden bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.