Dünya

Paşinyan: “Bakı ilə sülh danışıqları dərhal başlamalıdır”

24 Mart 2022 12:40
0 Şərh     Baxış: 1 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanla təcili danışıqlara başlamağın vacibliyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Dünyada və regionda vəziyyət gərgindir, biz gərginliyin səviyyəsinin azaldılması və fundamental həll yollarının tapılmasında özümüzü məsul hesab edirik. Düşünürük ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır", - deyə Paşinyan hökumətin iclasında bəyan edib.

Onun sözlərinə görə, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması üzrə tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.