Dünya

Çin bunu NATO-nun üzünə şillə adlandırdı

23 Mart 2022 15:54
0 Şərh     Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin mediası Rusiyanın Ukraynada "Kinjal" hipersəs raket sistemindən istifadəsinin NATO-nun üzünə şillə olduğunu yazıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Huangqiu Shibao qəzeti silahın nüfuzetmə gücünü qeyd edib.

Martın 18-də "Kinjal" raketinin vurduğu anbar Sovet dövründə nüvə silahlarının saxlanması üçün istifadə edilirdi.

Sina.com portalı iddia edir ki, əgər Rusiya raketi hədəfi vura bilməsəydi, o zaman Qərb onun səmərəsizliyi barədə iddialar səsləndirəcəkdi.

"İndi Qərb mediasının, eləcə də Kinjalın həqiqi xüsusiyyətlərini çoxdan şübhə altına alan NATO alyansının deməyə sözü yoxdur. Bu o deməkdir ki, Kinjalın ilk döyüş təcrübəsi uğurlu olub. Ukraynaya vurulan, əslində NATO-nun üzünə şillə oldu", - sina.com qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hipersəs raketləri ilə Kinjal kompleksindən istifadə etməklə İvano-Frankovsk vilayətində Ukrayna qoşunlarının böyük yeraltı sursat anbarının məhv edildiyini açıqlamışdı.

Milli.Az

[#]
APA

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.