Dünya

Bayden Ukraynaya gedəcəkmi? - RƏSMİ AÇIQLAMA

20 Mart 2022 23:00
0 Şərh     Baxış: 3 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ Prezidenti Co Bayden gələn həftə Avropaya səfəri çərçivəsində Ukraynaya səfər etməyi planlaşdırmır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

"Mən bildiyimə görə, belə plan yoxdur. Prezident Avropaya bizim tərəfdaşlarımız və müttəfiqlərimizlə görüşə gedir. Mən Prezidentin Ukraynaya səfəri ilə bağlı heç bir müzakirə görmədim".

Ağ Evin mətbuat katibi Cen Psaki də Baydenin Ukraynaya səfəri planının olmadığını deyib.

"Biz bu gün Prezidentin Avropaya səfərinin əlavə təfərrüatlarını açıqlayacağıq. Səfər Ukrayna xalqına dəstək üçün dünyanı birləşdirməyə davam etməyə həsr olunacaq. Lakin Ukraynaya səfər etmək planı yoxdur", - deyə Psaki "Twitter" səhifəsində bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.