Dünya

Rusiya ilə sülh danışıqları bir neçə həftə çəkə bilər - Podolyak

19 Mart 2022 16:18
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyası ilə sülh danışıqları bir neçə həftə çəkə bilər.

Milli.Az bildirir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Rusiya ilə sülh danışıqları ən azı bir neçə həftə davam edə bilər, baxmayaraq ki, Moskvanın mövqeyinin "daha ​​adekvat" olmasına dair əlamətlər var", - Podolyak bildirib.

Onun sözlərinə görə, baxılan məsələlər arasında atəşkəs, Rusiya qoşunlarının çıxarılması və təhlükəsizlik təminatları var.

Podolyak həmçinin deyir ki, Rusiya "Əfqan ssenarisi" ilə müharibə aparır. Onun sözlərinə görə, Rusiyanın taktikası "böyük şəhərləri mühasirəyə almaq və qanadlı raketlər və hava bombaları ilə bombardman etməkdir".

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.