Dünya

“Luqanskın 90 faizini ələ keçirmişik” - Rusiya MN

18 Mart 2022 22:40
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Luqansk vilayətində ərazinin 90 faizinin ələ keçirildiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya MN-nin sözçüsü İqor Konaşenkov Moskvada verdiyi açıqlamada Rusiya Silahlı Qüvvələrinin və Donbasdakı qondarma separatçı administrasiyaların Ukraynada irəliləyişlərini davam etdirdiyini bildirib.

O, Mariupol şəhərinin mühasirəyə alındığını deyib. Həmçinin əlavə edib ki, bu şəhərin mərkəzində qarşıdurmalar davam edir:

"Rusiya ordusu son 24 saat ərzində Ukraynada 81 hərbi infrastruktur obyektini məhv edib. Ukraynaya məxsus ümumilikdə 183 pilotsuz uçuş aparatı (PUA), 1406 tank və müxtəlif zirehli texnika, 138 zenit-raket kompleksi, 535 haubitsa və minaatan, 1197 xüsusi təyinatlı hərbi texnika məhv edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.