Dünya

“Londonda özümü əsirlikdə hiss edirəm” - Rusiyalı oliqarx

17 Mart 2022 14:16
0 Şərh     Baxış: 1 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Londondan getmək üçün özümə yeni ev ala bilmirəm. Bu səbəbdən də, özümü Böyük Britaniyada əsirlikdə hiss edirəm".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu rusiyalı oliqarx Mixail Fridman Rusiyanın Ukraynaya qarşı hücumu səbəbindən sanksiyalara məruz qaldıqdan sonra "Bloomberg Businessweek" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, ölkədə sahib olduğu kart və hesabları bloklandığından, hətta evində təmizlik xidmətinin haqqını ödəyə bilmir.

İş adamının sözlərinə görə, Londonda sahib olduğu malikanədən, Moskvadakı evdən və Latviyada valideynləri üçün nəzərdə tutulan mənzildən başqa daşınmaz əmlakı yoxdur.

Bununla belə, rusiyalı oliqarx öz problemlərini Ukrayna sakinlərinin problemləri ilə müqayisədə "heç nə" adlandırıb.

Qeyd edək ki, "Forbes"in ən son reytinqində Mixail Fridmanın sərvəti 15,5 milyard dollar olaraq qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.