Dünya

Rusiya MN: “Xerson vilayəti tam nəzarət altına alınıb”

15 Mart 2022 12:42
0 Şərh     Baxış: 2 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam ələ keçirərək nəzarət altına alıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, vilayətin mərkəzi olan Xerson şəhərində dinc sakinlər işğalçı qüvvələrə qarşı mütəmadi şəkildə kütləvi etiraz aksiyaları keçirirlər.

Həmçinin daha öncə Xerson vilayətinin prokurorluğu Rusiyanın Xerson vilayətində qondarma respublika yaratmaq niyyətində olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.