Dünya

Kiyevdə rus mərmisi hündürmərtəbəli binaya düşüb - VİDEO - FOTO

15 Mart 2022 11:36
1 Şərh     Baxış: 3 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyevdə rusiyalı əsgərlərin atəşə tutması nəticəsində daha bir çoxmərtəbəli bina dağıdılıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti "Facebook" məlumat yayıb.

"Martın 15-də Kiyevin Podolski rayonunda silah-sursatın on mərtəbəli yaşayış binasına dəyməsi nəticəsində 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər yanğın baş verib. Səhər saat 6:46-da yanğın lokallaşdırılıb, 6.51-də isə tam söndürülüb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən xəstəxanaya yerləşdirilən 1 nəfər xilas edilib. Hadisə yerinə Dövlət Fövqəladə Hallar Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsinin 10 canlı qüvvəsi və 2 texnikası cəlb olunub", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.