Dünya

Britaniyada bütün səyahət qadağaları ləğv ediləcək

14 Mart 2022 23:50
0 Şərh     Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada COVID-19-la bağlı səyahət məhdudiyyətləri martın 18-dən etibarən ləğv ediləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nəqliyyat naziri Qrant Şapps bildirib. Buna görə, Britaniyaya daxil olarkən qeydiyyat anketi və peyvənd olunmamış şəxslərin ölkəyə girişdən iki gün sonra koronavirus testi verməyinə ehtiyac qalmayacaq.

O, bildirib ki, bu dəyişikliklər peyvənd tətbiqi sayəsində mümkün olub. Bununla da Pasxa bayramında insanlar daha rahat şəkildə səyahət edə biləcəklər.

Qeyd edək ki, səyahət qaydaları ləğv olunduqdan sonra Böyük Britaniyada 2020-ci ilin mart ayından etibarən ilk dəfə COVID-19 ilə bağlı hər hansi bir qanun qüvvədə olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.