Dünya

Makron Bayden və Zelenski ilə danışıb

14 Mart 2022 07:52
0 Şərh     Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yelisey sarayının rəsmi saytında məlumat verilib.

Fransa Prezidenti Kiyevdə öldürülən jurnalist Brent Renoya görə amerikalı həmkarına başsağlığı verib. Tərəflər Rusiyaya qarşı sanksiyaları genişləndirməyə qərar veriblər.

Fransa lideri daha sonra Ukrayna Prezidenti Volodmir Zelenski ilə telefonla danışıb. Dövlət başçısı bildirib ki, Versal sammitində Avropa ölkələri Kiyevə əlavə yardımla bağlı razılığa gəliblər.

Prezidentlər yaxın günlərdə yenidən telefon əlaqəsi yaratmağa qərar veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.