Dünya

Rusiya Ukraynaya bu 6 tələbi irəli sürüb

11 Mart 2022 08:33
1 Şərh     Baxış: 2 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya irəli sürdüyü 6 tələb üzə çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin tələbləri zn.ua etibarlı diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən dərc edib. Belə ki, Rusiya Ukraynadan tələb edir:

- NATO-ya daxil olmaqdan imtina. Ukraynanın neytral statusu.

- Rus dili ikinci dövlət dili elan olunacaq. Onu pozan bütün qanunların ləğvi.

- Krımın Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınması.

- Qondarma DXR və LXR-in müstəqilliyinin Ukrayna tərəfindən tanınması.

- Denazifikasiya. Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğvi.

- Ukraynanın demilitarizasiyası. İstənilən növ hücum silahlarından tamamilə imtina.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory