Dünya

Mariupol yenidən atəşə tutulur

10 Mart 2022 17:42
0 Şərh     Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mariupolun rus qoşunları tərəfindən bombalanması davam edir. Mərmilər həm də yaşayış binalarına düşür.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) mətbuat xidməti məlumat yayıb.

"Hazırda Mariupol rus qoşunları tərəfindən atəşə tutulur. Bombalar yaşayış binalarını vurur. Şəhərin mərkəzində yerləşən Priazovski Dövlət Texniki Universitetinin binasına zərbələr endirilir. Dramteatr ərazisində də bombardman qeydə alınıb. Qurbanlar barədə məlumat dəqiqləşdirilir. Rusiyalılar Mariupolun mülki əhalisinə məqsədyönlü hücumlar həyata keçirirlər", - USQ-nin bəyanatında deyilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.