Dünya

Ukrayna ordusu Nikolayev aeroportunu geri aldı

7 Mart 2022 17:56
Baxış: 1 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri Nikolayev hava limanını geri qaytarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Nikolayev regional hərbi idarəsinin rəhbəri Vitali Kim bildirib.

O qeyd edib ki, hava limanından uçuşlar üçün istifadə edilməsi hələ ki mümkün deyil, lakin Ukrayna hərbçiləri ərazidə möhkəmlənirlər.

Vitali Kim hava limanındakı Rusiya hərbçilərinin meşəlik əraziyə və digər bölgələrə qaçdığını deyib.

Xatırladaq ki, bir müddət öncə Rusiya hərbçilərinin Nikolayev hava limanını tutması barəsində xəbərlər yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.