Dünya

"Dostlarınız sizin üçün öldü, özünüzü necə hiss edirsiniz" - aparıcının sualı sərt tənqid olundu - VİDEO

1 Mart 2022 18:48
0 Şərh     Baxış: 2 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə yayımlanan "Günaydın Britaniya" proqramının aparıcısı Adil Reyin canlı yayımda qonaq olan iki ukraynalı həkimə verdiyi sual sərt reaksiyalara səbəb olub.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, proqramda qonaq qismində iki ukraynalı həkim Katerina və Oleksandr qonaq olub. İlk olaraq ümumi vəziyyətin müzakirə olunduğu proqramda Reyin sualları heyrət doğurub. Həkimlərə "siz niyə qaçmaq əvəzinə oradasınız" sualına "yaralıları müalicə etmək üçün" deyə bildiriblər. Rey daha sonra ukraynalı həkimlərə verdiyi növbəti sualla hamını heyrətə salıb. "Dostlarınız sizin üçün öldü. Özünüzü necə hiss edirsiniz?" sualın qarşılığında ukraynalı həkimlər göz yaşlarını saxlaya bilməyiblər.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.