Dünya

"Benfika"nın ukraynalı oyunçusu göz yaşlarını saxlaya bilmədi - VİDEO

28 Fevral 2022 20:30
1 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya çempionatının 24-cü turunda keçirilən "Benfika" - "Vitoriya" matçında (3:0) təsirli anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, oyunun 61-ci dəqiqəsində "Benfika"nın futbolçusu Roman Yaremçuk meydana daxil olarkən göz yaşlarına hakim ola bilməyib.

Çünki 26 yaşlı hücumçu meydana çıxanda azarkeşlər Ukraynaya dəstək nümayiş etdiriblər. Minlərlə azarkeş "Ukrayna" şüarı səsləndirib. Onlar Ukraynaya dəstək pankartları açıblar. Bu isə Yaremçukun göz yaşlarına səbəb olub.

Qeyd edək ki, artıq Avropanın bir çox çempionatında azarkeşlər Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstək verirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.