Dünya

"Bitdi, bu qədər!" - Kiyev Moskva qarşısında şərt qoyur

26 Fevral 2022 09:48
0 Şərh     Baxış: 13 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukraynanın paytaxtı Kiyevdə bu gecə yaşananlardan sonra mövqeyimiz dəyişib".

Milli.Az TSN-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Aparatının sədrinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda Kiyevin tutacağı mövqedən bəhs edərkən belə deyib.

"Danışıqlar prosesində mövqeyimiz tam fərqli olacaq. Ukraynanın diqtə edəcəyi şərtlər və mövqelər olacaq. Bundan sonra nələrin olacağını biz şərtləndirəcəyik. Bitdi, bu qədər! Son günlərdəki hadisələrdən, xüsusilə də bu gecə baş verənlərdən sonra kimin kim olduğu, kimin hansı gücə malik olduğu aydınlaşdı", - M.Podolyak deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.