Dünya

Rusiyanın diversiya-kəşfiyyat qrupları Kiyevə girib

26 Fevral 2022 08:34
0 Şərh     Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna Silahlı Qüvvələri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunları Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya fevralın 26-da səhər yerli vaxtla saat 4:26-da (Bakı vaxtı ilə 6:26) Kiyevdəki vəziyyətlə bağlı feysbuk hesabında yazıb.

Qeyd edək ki, fevralın 26-na keçən gecə Kiyevin bir sıra rayonlarında partlayış səsləri eşidilib. Beresteyskada işğalçılar hərbi hissəni ələ keçirməyə cəhd ediblər, lakin Ukrayna Silahlı Qüvvələri onların qarşısını alıb. İndi sağ sahildə vəziyyət gərgin olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.