Dünya

Ukrayna işğal şayiələrindən hər ay 2-3 mlrd. dollar itirir

21 Fevral 2022 20:12
0 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın valyuta bazarına spekulyativ təzyiq 1,5-2 mlrd. ABŞ dollar qiymətləndirilir, qaytarılması mümkün olmayan itkilər isə ayda 2-3 mlrd. dollar təşkil edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "RBC-Ukrayna"ya müsahibəsində Ukrayna Prezidentinin aparat rəhbərinin müavini Rostislav Şurma bildirib.

"Biz görürük ki, belə bir gərgin vəziyyətdə geri qaytarıla bilməyən itkilər ayda 2-3 mlrd. dollar təşkil edir. Bunlar dayandırılmış investisiyalar və əlavə inflyasiya, turizm sektorunda itkilər və hava səyahətlərinin azalmasıdır. Maliyyə bazarlarına da spekulyativ təzyiqlər var ki, bu da borc götürməyi əngəlləyir, məzənnəyə təzyiq göstərir. Bu məbləğ təxminən 1,5-2 mlrd. dollar təşkil edir", - Şurma qeyd edib.

O, ölkədə "stress səviyyəsi" olduğu müddətdə aylıq 2-3 mlrd. dollar itkilərin davam edəcəyini, lakin vəziyyət sabitləşərsə, itkilərin azala biləcəyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.