Dünya

Minlərlə qadın zorla qısırlaşdırılıb - SKANDAL

20 Fevral 2022 13:07
0 Şərh     Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada ortaya çıxan iddia bütün ölkəni ayağa qaldırıb.

Milli.Az Musavat.com-a istinadən bildirir ki, yayılan məlumatlara görə, ölkədə doğuş üçün xəstəxanaya gedən minlərlə yerli qadın əməliyyat zamanı öz istəkləri olmadan qısırlaşdırılıb.

O da məlum olub ki, ölkəni şoka salan qalmaqallı olayın tarixi 1928-ci ilə qədər gedib çıxır. Belə ki, həmin illərdə təhlükəli kişi məhbuslar qanunla qısırlaşdırılırmış və bu qanun 1973-cü ilə qədər davam edib.

Beləliklə, Kanadanın CTV kanalında yayımlanan xəbərə görə, Alberta, Saskaçevan, Manitoba və Kvebek əyalət məhkəmələrində minlərlə yerli qadının zorla qısırlaşdırılması ilə bağlı iddialar qaldırılıb.

İddialara görə xüsusən də qeysəriyyə əməliyyatlarına girən qadınlara "körpənin sağlamlığı ilə bağlı baş verə biləcək prosedurlara razılıq vermək" adı altında "uşaqlıq borusunun bağlanması" bəndi olan sənədə qol çəkilib.

Məsələ ilə bağlı Kanada hüquq mühafizə orqanları ciddi araşdırmalara başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.