Dünya

Akardan Ukrayna açıqlaması: Qarşısı alınmalıdır...

20 Fevral 2022 12:22
0 Şərh     Baxış: 1 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini bildirib.

Milli.Az bildirir ki, Hulusi Akar Münhen Təhlükəsizlik Konfransından sonra jurnalistlərə açıqlamalar verib.

Nazir Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini ifadə edərək deyib:

"Orada hərbi fəaliyyət var. Bu hərbi hərəkətliliyin müəyyən təsirləri var. Bununla bağlı mətbuatda bəzi xəbərlər mövcuddur. Bunlara çox ehtiyatla yanaşmaq lazımdır. Çünki bəzi dezinformasiyalardan, saxta xəbərlərdən bəhs edilir. Ona görə də bəzi arzuolunmaz halların yaranmasının qarşısını almaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.