Dünya

Ermənistanın Hərbi Kəşfiyyat İdarəsinin rəisi vəzifədən azad olundu

18 Fevral 2022 23:15
0 Şərh     Baxış: 2 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Hərbi Kəşfiyyat İdarəsinin rəisi Araik Arutyunyan tutduğu vəzifədən azad edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müvafiq əmri prezident səlahiyyətlərini icra edən Alen Simonyan verib. Bildirilir ki, Arutyunyan yeni vəzifəyə təyin olunub. Onun hansı vəzifəyə gətirildiyi hələlik məlum deyil. 

Qeyd edək ki, general-mayor Arayik Arutyunyan 2021-ci ilin avqustunda Baş Qərargahın Hərbi Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.