Dünya

Yeniyetmə qızlar 63 yaşlı kişini "işə saldılar": 1 milyon dollarlıq zərər... - FOTO

16 Fevral 2022 20:00
0 Şərh     Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyadakı muzeydə təqribən 1 milyon dollar dəyərindəki əsərə zərər yetirən mühafizəçi Aleksandr Vasiliev açıqlama verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bir qrup gənc əsərin onlara aid olduğunu irəli sürüb. Gənclər 63 yaşlı mühafizəçiyə qələm verərək, əsərdə "göz" çəkməsini istəyib. Gənclərin dediyinə inanan mühafizəçi, onların istəyini yerinə yetirib. "16-17 yaşlarında yeniyetmələrin "əsərdə niyə heç göz ağız və gözəllik yoxdur" deyə danışdıqlarını eşitdim. Qrupdakı qızlar mənə əsərin sahibi olduqlarını ifadə etdilər. Onlar mənə qələm verərək, tabloya göz çəkməyimi istədilər" - deyə mühafizəçi bildirib.

Qeyd edək ki, Anna Leporskanın "Üç fiqur" əsərinin restavrasiyanın təqribən 10 min dollara başa gələcəyi güman edilir. Mühafizəçi məsuliyyətə cəlb edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.